!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Özbəkistan HƏRBİ ƏMƏKDAŞLIĞI: "Biz daha çox türk dövlətlərinin birlikdə təlimlər keçirəcəyinə..."

!Reklam – Yazi

“Gələcək dövrdə sözügedən sahədə strateji-hərbi sazişlər, birgə əməkdaşlıq və bu kimi perspektivlərin mümkünlüyü istisna deyil”.

Bu fikirləri Daşkənddə Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimlərinin keçirilməsinin perspektivindən danışan politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında səsləndirib.Politoloq türk dövlətləri arasında hərbi sahədə əməkdaşlığın önəmini vurğulayıb:

“Azərbaycan və Özbəkistan arasında hərbi təlimlərin keçirilməsi bizim üçün, təbii ki, xoş bir haldır. Bunu sadəcə başlanğıc adlandırmaq olar. Bildiyimiz kimi, Özbəkistan bir neçə baxımdan geniş imkanlara malikdir. O cümlədən Azərbaycan müharibə görmüş ölkə olaraq bu təcrübəyə malikdir. Hərbi-texniki baxımdan da Azərbaycan kifayət qədər inkişaf etmişdir. Bu səpkidə sözügedən hərbi təlimlər ilkin mərhələ hesab oluna bilər. Gələcəkdə isə biz daha çox türk dövlətlərinin birlikdə təlimlər keçirəcəyinə şahidlik edəcəyik. Bu da Türkiyənin də iştirakı ilə Mərkəzi Asiya türk dövlətləri və Azərbaycan üçün hərbi sahədə əməkdaşlıq imkanlarına yol açır. Bununla yanaşı, gələcək dövrdə sözügedən sahədə strateji-hərbi sazişlər, birgə əməkdaşlıq və bu kimi perspektivlərin mümkünlüyü istisna deyil”.

Yusif Səmədzadə

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv