!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ

!Reklam – Yazi

“Azərbaycan və Özbəkistan türk dünyasının dinamik inkişaf edən iqtisadiyyatlara malik iki ölkəsidir və hər iki ölkə son illər qarşılıqlı əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxarmaq üçün intensiv şəkildə əməkdaşlıq edir. Belə səmərəli iş bu gün artıq öz nəticəsini göstərməklə iki qardaş ölkəyə ikitərəfli əlaqələrin və çoxşaxəli əməkdaşlığın inkişafında yeni mərhələyə qədəm qoymağa imkan verir”.

Yenicag.az xəbər verir ki, bu fikirlər Yenicag.ru-nun (“Novaya Epoxa”) redaktoru Rüstəm Qasımovun Azərbaycan və Özbəkistan arasında inkişaf edən əlaqələrdən bəhs edən “Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ” adlı analitik yazısında əksini tapıb.

İki ölkə arasında diplomatik münasibətlərin qurulması tarixi, Azərbaycan və Özbəkistan liderlərinin ölkələrə qarşılıqlı səfərləri barədə ətraflı məlumat verən Rüstəm Qasımov siyasi əlaqələrin strateji xarakter aldığını vurğulayaraq müntəzəm təmaslar nəticəsində yüksələn xətlə inkişaf etdiyini bildirib.

Bundan başqa, xalqlarımızı birləşdirən ortaq mədəni dəyərlərə də toxunan müəllif bunun əsasında qədim türk birliyinin durduğunu vurğulayıb. Azərbaycan musiqi və filmlərinin Özbəkistanda məşhur olduğunu bildirən Rütsəm Qasımov bu sahədə gerçəkləşdirilən layihələr barədə məlumat verib.

Jurnalist: “Bu gün Azərbaycan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafında irəliləyiş qarşılıqlı fəaliyyətin bütün sahələrində – iqtisadiyyat, siyasət, parlamentlərarası əlaqələr, mədəniyyət və sosial-humanitar sahədə hiss olunur”, – deyə qeyd edib.

Daha ətraflı burada

www.yenicag.az

932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv