!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Özbəkistanla cüdo sahəsində əməkdaşlıq edəcək

!Reklam – Yazi

Azərbaycan Cüdo Federasiyası (AC) ilə Özbəkistan Cüdo Federasiyası (UJF) arasında Anlaşma Memorandumu imzalanıb.

ACF-dən Yenicag.az-a verilən məlumata görə, Memorandumun əsas məqsədi cüdo sahəsində əməkdaşlıq vasitəsilə iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma və həmrəyliyin güclənməsinə töhfə vermək, dostluq münasibətlərini inkişaf etdirmək və birgə fəaliyyət quraraq, cüdonun inkişafına yönələn qarşılıqlı faydalı nəticələrə nail olmaqdır.

Eyni zamanda, tərəflər arasında idman tədqiqatları, idman tədbirlərin təşkilinə dəstək göstərilməsi, tibbi əməkdaşlıq və digər sahələrdə də əməkdaşlıq qurulacaq.

Memorandumu UJF-in prezidenti Əzizcan Kamilov və ACF-in vitse-prezidenti Elnur Məmmədli imzalayıb.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv