!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Pakistana başsağlığı verdi

!Reklam – Yazi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Yenicag.az xəbər verir ki, XİN bununla bağlı tviter hesabında paylaşım edib.

“Pakistanın Bajaur rayonunda törədilən terror aktını şiddətlə qınayırıq. Biz 40 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq. Hökumətə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk”, – deyə XİN-dən bildirilib.

Qeyd edək ki, Pakistanın Bajaur rayonunda törədilən terror aktı nəticəsində 44 nəfər ölüb. 100-dən çox şəxs isə yaralanıb.

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv