!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Premyer Liqası: “Qarabağ” mövsümə məğlubiyyətlə başladı

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

Yenicag.az-ın məlumatına görə, günün ikinci görüşündə son çempion “Qarabağ” meydana çıxıb.

Ağdam təmsilçisi “Azersun Arena”da “Zirə”ni qəbul edib. Matçın taleyini 1 qol həll edib. Yunanıstanlı müdafiəçi Dmitrios Çantakias 48-ci dəqiqədə vurduğu topla “Zirə”yə 1:0 hesablı səfər qələbəsi qazandırıb. Çempion isə mövsümə məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, turun digər oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”a (3:0), “Sumqayıt” isə “Səbail”ə (4:1) səfərdə qalib gəlib. Tura avqustun 6-da keçiriləcək “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv