!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Premyer Liqasında son 19 mövsümün rekordu qeydə alındı

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan 2022/2023 mövsümündə 475 qol vurulub.

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata istinadən xəbər verir ki, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir, bu isə son 19 mövsüm üçün rekord göstəricidir.

2004/2005 mövsümündən indiyədək belə məhsuldarlıq qeydə alınmayıb.

Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/2004 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,9 olub.

Qeyd edək ki, 2021/2022 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,6-a bərabər idi.

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv