!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Premyer Liqasında son altı mövsümün ən məhsuldar startı

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümü məhsuldar başlayıb.

Yenicag.az Peşəkar Futbol Liqasının yaydığı məlumata istinadən xəbər verir ki, I turun beş oyununda 15 qol qeydə alınıb. “Səbail” – “Sumqayıt” (1:4) və “Sabah” – “Qəbələ” (5:0) görüşlərinin hərəsində beş, “Araz-Naxçıvan” – “Turan Tovuz” (0:3) matçında üç, “Qarabağ” – “Zirə” (0:1) və “Kəpəz” – “Neftçi” (1:0) oyunlarında bir top vurulub.

İlk turda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, son altı mövsüm üçün ən məhsuldar startdır. Daha yüksək göstərici sonuncu dəfə 2017/18 mövsümündə qeydə alınıb. Orta məhsuldarlığın 3,25 olduğu ilk turun dörd matçında 13 qol vurulub.

Həmin vaxt “Neftçi” – “Qarabağ” (1:3) oyununda dörd, “İnter” – “Qəbələ” (1:2), “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” (hər ikisi 2:1) matçlarının hərəsində üç qol vurulub.

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv