!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan prezidenti: “Paşinyan üzr istəməlidir”

!Reklam – Yazi

“Ermənistan məsələni regional bir problem kimi göstərmək istəyir”.

Yenicag.az xəbər verir ki, bunu prezident İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” telekanalına müsahibəsində bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın irəli sürdüyü şərtlər qəbul olunarsa, atəşkəs elan edilə bilər:

“Biz atəşkəsin elan olunmasına hazırıq, amma açıqladığım şərtlərimiz var. Birincisi, Ermənistan baş naziri bir il öncə bizim torpaqlarımızda demişdi ki, Qarabağ Ermənistandır. Buna görə Azərbaycan xalqından üzr istəməlidir.

İkincisi, o, deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

Dördüncüsü, erməni silahlı qüvvələrinin hansı ərazidən hansı gündə çıxacağını bəyan etməlidir və bu sözlər Minsk Qrupu həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda, təbii ki, atəşkəs bərpa olunacaq”.

Gülşən Şərif

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv