“Bu gün bir ovuc erməni qadını göz yaşı tökürsə, digərləri bu torpaqlara öz övladlarını göndərir”.
Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında millət vəkili Zahid Oruc Ermənistan və Azərbaycan tərəfindən Qarabağda şəhid olmuş şəxslərin analarının sülh konfransı barəsində danışarkən deyib.
Zahid Oruc bildirib ki, yaşı 40-dan çox olanlar Azərbaycan qadınının zamanında sülh prosesinə başının örpəyini ortaya ataraq getdiyini bilir:
“Erməni qadını sülh tərəfdarı olsa idi, övladlarını buraya göndərməzdi. Bu gün bir ovuc erməni qadını göz yaşı tökürsə, digərləri bu torpaqla öz övladlarını göndərirlər”.
Zahid Oruc sonda qeyd edib ki, bu qədər Şəhidlər Xiyabanımız olduğu halda Azərbaycan qadını ermənilərə “hə” deməməlidir.
Millət vəkili Elman Məmmədov çıxışı zamanı Zahid Orucun səsləndirdiyi fikirləri dəstəkləyib.