!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan qalib, Ermənistan uduzan tərəfdir" - Rusiyalı politoloq

!Reklam – Yazi

“Azərbaycan qalib, Ermənistan uduzan tərəfdir”.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq, İMEMO RAS-ın Qafqaz sektorunun müdiri Vadim Muxanov deyib.

O bildirib ki, tərəflərin bütün son bəyanatlarında qeyd olunduğu kimi, Azərbaycan qalib, Ermənistan uduzan tərəfdir.

“Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri aparatının iki ölkənin hərbi qulluqçularının azad edilməsi ilə bağlı müddəaları özündə əks etdirən birgə bəyanatı Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması istiqamətində atılan addımdır. Hər iki dövlətin liderləri əvvəllər sərhədlərin demarkasiyası və delimitasiyası barədə danışıblar.

Sərhədin demarkasiyası və delimitasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra növbəti addım olacaq.

Ermənistan və Azərbaycanın atdığı addımlar Azərbaycanın sarsıdıcı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin nəticəsidir. Ona görə də indi gördüyümüz bütün bu aralıq sənədlər qüvvələr balansını dəyişmir. Azərbaycan qalib, Ermənistan uduzan tərəfdir və bu, tərəflərin bütün son bəyanatlarında qeyd olunur.

Dünən Bakı və İrəvanın birgə bəyanatında qeyd olunur ki, ölkələr arasında müharibə artıq başa çatıb və ölkələr sülh sazişinin bağlanmasına doğru irəliləyir”, – Muxanov vurğulayıb.

Xuraman Etibarlı

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv