!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlasa, onun qarşısını kim kəsə bilər ki?” – REAKSİYA

!Reklam – Yazi

“Ermənistan bu mövqeyini davam etdirərsə, bəli, o halda müharibənin yenidən başlayacağı istisna deyil”.

Bu fikirləri Ermənistan rəhbərliyinin nizamlama prosesini uzatmaq məqsədilə üzərinə düşən öhdəliklərin icrasını yubatmasına və gərginliyi artırmaq cəhdlərin münasibət bildirən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, rəsmi İrəvanın bölgədə yeni situasiya yaratmaq niyyəti və bu istiqamətdə fəaliyyəti iflasa məhkumdur:

“Paşinyanın bu gün səsləndirdiyi fikirlər Ermənistanın hələ də mövcud reallığı düzgün qiymətləndirə bilməməsinin, yaxud da bunu istəməməsinin göstəricisidir. Bütün dünya artıq bilir ki, azərbaycanlı aktivistlərin Şuşa-Xankəndi yolunda keçirdikləri aksiya ermənilərin Qarabağdakı ekoloji cinayətlərinə etiraz xarakteri daşıyır.

Əgər Azərbaycan ermənilərin Qarabağdakı qanunsuz hərbi birləşmələrini zərərsizləşdirmək üçün antiterror əməliyyatlarına başlasa, onun qarşısını kim kəsə bilər ki? Bunun üçün Azərbaycanın dinc etiraz aksiyası təşkil etməsinə heç bir ehtiyac yoxdur. Ermənistan bu mövqeyini davam etdirərsə, bəli, o halda müharibənin yenidən başlayacağı istisna deyil.

Ermənistanın Qarabağda beynəlxalq qüvvələrin yerləşdirilməsi istəyi isə yeni deyil. İrəvanda da görürlər ki, Ukrayna ilə müharibədə xeyli zəif düşən Rusiyanın onları qorumaq imkanları xeyli azalıb. Bu səbəbdən, Qarabağdakı indiki vəziyyəti saxlamaq üçün bölgəyə bəzi Qərb dövlətlərinin hərbi kontingentinin gətirilməsinə can atırlar.

Bundan başqa, Ermənistanda həmçinin oradakı Rusiya hərbi bazalarının çıxarılması və rusların sərhədlərin qorunmasından kənarlaşdırılmasına yönəlik çağırışlar da artıb. Rusiya rəsmilərinin Paşinyanın bu fikirlərinə sərt rekasiya vermələrinin bir səbəbi də budur. Amma Ermənistan nə qədər manevr etməyə çalışsa da, istər könüllü şəkildə, istərsə də Azərbaycanın güc tətbiqi nəticəsində öhdəlikləri yerinə yetirməli olacaq”.

A.Zeynalov

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv