Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6,127 mln. ton neft hasil edilib.
Yenicag.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu həcmin 6,117 mln. tonu əmtəəlik neft hasilatı olub.
Neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 3,7% azdır.
Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 6,636 mlrd. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 11,5% çoxdur.
İki ayda hasil edilən təbii qazın 4,655 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Ölkədə əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövründən 19,1% çox olub.