!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan qaz xəttinin Türkiyədən keçidi Avropaya təhdidin qarşısını alır" - Cahit Bağçı

!Reklam – Yazi

“Azərbaycan və Türkiyə bu münasibətlərini üçüncü ölkələrlə də inkişaf etdirmək istəyir”.

Yenicag.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi ilə ADA Universitetinin birgə həyata keçirdiyi “Müharibədən Sonrakı Dövrdə Azərbaycanın Sülh və Yaradıcılıq Təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində “Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu” haqqında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində daim Türkiyəyə dəstək olub:

“Azərbaycan qaz xəttlərini Türkiyə üzərindən Avropaya çatdırır. Bu isə Rusiyanın Avropaya təhdidinin qarşısını hələlik ala bilir. Lakin bu gedişat sonsuza kimi davam edə bilməz. Ona görə də Azərbaycan və Türkiyə münasibətlərini üçüncü ölkələrlə də inkişaf etdirmək istəyir”.

Gülşən Şərif

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv