!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Qazaxıstan bankının maraq dairəsində: Yerli banklar rəqabətə tab gətirə biləcəkmi? - ŞƏRH

!Reklam – Yazi

“Qazaxıstan bankı sərbəst şəkildə Azərbaycana daxil olsa, yerli bankları müflis edəcək”.

Bunu Qazaxıstan bankının Azərbaycan bazarına çıxmaqda maraqlı olması məsələsini şərh edərkən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında deyib.

O, Qazaxıstan bankının Azərbaycan bazarına daxil olduğu təqdirdə yerli bank sektoruna hər hansı bir yenilik qatacağına inanmadığını bildirib:

“Ümumiyyətlə, Azərbaycanda xarici bankların sərbəst fəaliyyətini təmin etmək üçün bu yöndə ciddi islahatlar aparılmalıdır. Qazaxıstan bankının Azərbaycana hansısa bir yenilik gətirəcəyinə, rəqabət mühiti formalaşdıracağına inanmıram. Çünki təxminən hər iki ölkə bir-birinə uyğundur. Qazaxıstanda korrupsiya halları, ola bilsin ki, azdır. Bundan əlavə, orada bank sektoru inhisarda deyil. Bu baxımdan ölkəmizə nələrsə qata bilər. Amma məsələ burasındadır ki, Azərbaycanda xarici ölkələrin banklarının birbaşa müstəqil şəkildə fəaliyyət göstərməsi və bazara girməsi üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. Qazaxıstan bankı sərbəst şəkildə Azərbaycana daxil olsa yerli bankları müflis edəcək. Çünki ölkəmizdəki bank sistemi rəqabətə davamlı deyil. Dünyada bankçılığın 100-ə yaxın aləti var. Azərbaycan bankları isə sələmə pul verməkdən başqa hansı aləti işlədir?!”

Sadiq Cavadov

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv