!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Qran-prisi: “Formula 2”də sıralama turu başa çatdı YENİLƏNDİ

!Reklam – Yazi

2023-cü il Azərbaycan Qran-prisi davam edir.

Yenicag.az xəbər verir ki, Bakıda keçirilən yarışda “Formula 2” üzrə sıralama turu keçirilib.

Ən yaxşı nəticəni “Prema Racing”dən Oliver Birmen göstərib. “Carlin”in sürücüsü Entso Fittipaldi ikinci olub. “ART Grand Prix”nin pilotu Teo Purşer 3-cü yeri tutub.

***

15:53

2023-cü il Azərbaycan Qran-prisində “Formula 2” pilotlarının sırlama turunda iki dəqiqəlik fasilə yaranıb.

Yenicag.az xəbər verir ki, buna Bred Benavidisin qəza törətməsi səbəb olub. Trasda yaranan problem aradan qaldırıldıqdan sonra sessiya davam etdirilib.

***

15:08

2023-cü il Azərbaycan Qran-prisi davam edir.

Yenicag.az xəbər verir ki, Bakıda keçirilən yarışda “Formula 2” üzrə sıralama turuna start verilib.

Xatırladaq ki, daha əvvəl “Formula 2” və “Formula 1”də sərbəst yürüşlər keçirilib. Bu gün, həmçinin, “Formula 1” üzrə sıralama turu keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

***

12:02

Bakıda keçirlən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb. 

Yenicag.az xəbər verir ki, ən yaxşı nəticəni “Prema Racing”dən Oliver Birmen göstərib.

***

11:15

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisi başlayıb.

Yenicag.az xəbər verir ki, saat 11:05-də “Formula 2”-də sərbəst yürüş start götürüb.

Qeyd edək ki, bu gün həmçinin ikinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv