!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan rəhbərliyi bunu dəfələrlə bəyan etdi - XİN

!Reklam – Yazi

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cümlədən son 24 saatlıq antiterror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib. Azərbaycan hər zaman həyata keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunmasına sadiq olub.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün bölgədəki vəziyyətlə əlaqədar şərhinə münasibətində deyib.

O bildirib ki, Ermənistanın 30 ilə yaxın hərbi işğalı zamanı kütləvi qətllərə məruz qalan azərbaycanlıların öz hüquqlarından məhrum olmasına baxmayaraq, Azərbaycan öz ərazisində olan bütün etnik azlıqların, o cümlədən ermənilərin hüquqlarının qorunmasına həmişə sadiq olub. Azərbaycan rəhbərliyi bunu dəfələrlə şifahi şəkildə bəyan edib.

Təəssüf ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qorumağa, o cümlədən onların təhlükəsizlik və ləyaqət şəraitində qayıtmaq hüquqlarını təmin etməyə dair çağırış etməyib. Azərbaycanın 44 günlük müharibədən, o cümlədən anti-terror tədbirləri həyata keçirildikdən sonra itkin düşmüş şəxslərin yerini tapmaq üçün köməklik göstərməsinə baxmayaraq, 4000-ə yaxın itkin düşmüş azərbaycanlıya qarşı eyni diqqət və həssaslığı müşahidə etmirik.

Ümid edirik ki, ali komissarın qurbanların hüquqları baxımından günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul ediləcək.

Biz həmçinin, Ermənistanın, BMT nümayəndəsinin bu çağırışına əməl etməklə, bu ölkənin indiki ərazisindən kütləvi surətdə qovulmuş azərbaycanlıların hüquqlarını inkar etməyəcəyinə və onların öz evlərinə qayıtmaq hüquqlarını təmin etmək üçün dialoqa şərait yaradacağına ümid edirik.

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv