!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan reqbisi tarixində ilk yaşandı

!Reklam – Yazi

Oktyabrın 28-də Gürcüstanın Lentexi vilayətində “Rugby World Georgia” və Gürcüstan Reqbi Birliyinin təşkil etdiyi beynəlxalq reqbi festivalı keçirilib.

Yenicag.az xəbər verir ki, ölkəmizi yarışda “Qarabağ” klubunun yeniyetmələrdən ibarət komandası təmsil edib.

Komandamız qrup mərhələsində “Xaşuri” kollektivinə 15:0, “Amaranti”nə 25:0 və “Kobuleti”yə 20:0 hesabı ilə qalib gələrək maksimal göstərici ilə qrupda birinci yeri tutub.

1/4 final mərhələsində “Lentexi” komandasına 15:0 qalib gələn Şuşa təmsilçisi yarımfinalda “Raşebi”yə 0:5, 3-cü yer uğrunda görüşdə isə Samtredia şəhərindən olan “Feniks” komandasına əlavə olunan vaxtda qızıl xal ilə 5:10 hesabı ilə məğlub olub, 12 komanda arasında 4-cü yeri tutdu. Festivalın ən yaxşı oyunçusu adını “Qarabağ”lı Nuran Novruzlu qazandı.

Klubun təsisçisi Eldar Kərimov yarış haqda fikirləri ilə bölüşdü:

“Azərbaycan reqbisi tarixində belə bir nəticə olmamışdı. Ötən Gürcüstan yarışlarında biz maksimum 2 oyun udub nəticədə 12 komanda arasında 10-cu yeri tuta bilmişdik. Budəfəki nəticə bizim düz istiqamətdə çalışdığımızı göstərir və növbəti yarışlarda komandamız daha da yaxşı çıxış edəcək. Bir müddət əvvəl klubun prezidenti vəzifəsinə Röyal Süleymanov təyin olunub və bu nəticə həm də onun komandanın hazırlığı üçün yaratdığı şəraitin bəhrəsidir. Daha bir məqamı diqqətinizə çatdırmaq istərdim ki digər yarımfinalda məğlub olan komanda 3-cü yer uğrunda oyuna çıxmaqdan imtina edirdi və təşkilatçılar 3-cü yeri bizə verməyi qərara gəldilər lakin “Qarabağ” komandası adına layiq hərəkət etdi və həm “Feniks” komandasına, həm təşkilatçılara müraciət edərək oyunun baş tutmasını təkidlə xahiş etdi. Nəticədə həmin görüşü məğlub tərk etsək də zənnimcə, ölkəmizi daha yaxşı tərəfdən təmsil etmiş olduq və bir daha reqbi ruhunu qorumaqla hamının alqışını qazandıq”.

Qeyd edək ki, reqbiçilərimiz oktyabrın 30-u saat 00:10-da Bakıya dönəcəklər.

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv