!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan səfirliyi maksimum dərəcədə mühafizə olunacaq - İran XİN

!Reklam – Yazi

“Azərbaycanın Tehrandakı səfirliyi maksimum mühafizə olunacaq”.

Yenicag.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi Naser Kənani deyib.

O, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri, Pezident İlham Əliyevlə görüşü və vəzifədaşı Ceyhun bayramovla Tehrandakı Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması ilə bağlı danışıqlarından söz açıb.

Kənani deyib: “Biz indi çox yaxşı və qarşılıqlı konstruktiv yoldayıq. Hər iki tərəf danışıqlar çərçivəsində ikitərəfli münasibətlərdə baş verənləri müzakirə etməyə razıdır.

Cənab nazirin səfəri Qoşulmama Hərəkatı ilə bağlı olub və səfər çərçivəsində ikitərəfli münasibətlərin əhəmiyyəti nəzərə alınaraq konstruktiv müzakirələr aparılıb. Müzakirələrin məzmunu düzgün yolda olduğumuzu göstərir. İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək. Təbii ki, Azərbaycanın səfirliyi maksimum dərəcədə mühafizəyə malik olacaq”.

 

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv