!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığından gözləntilər: “Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi...” – ŞƏRH

!Reklam – Yazi

“Bu, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi baxımından vacib faktordur”.

Bu sözləri Azərbaycanla Səudiyyə Ərəbistanı arasında imzalanan energetika sahəsində əməkdaşlıq sazişinə münasibət bildirən iqtisadçı ekspert Fərid Mehralızadə Yenicag.az-a açıqlamasında qeyd edib.

O, bildirib ki, dayanıqlı iqtisadiyyat üçün xarici investisiyaları əlçatan etmək lazımdır:

“Son dövrlər ərəb ölkələri Azərbaycanda daha çox bərpa olunan enerji mənbələrinə maraq göstərirlər. Bundan öncə də külək və günəş enerji stansiyalarıyla bağlı sözügedən ölkələrin investisiyaları olub. Bu baxımdan, ola bilsin ki, yeni imzalanan müqavilədə də bu növ enerji mənbələrinə investisiya yatırımı ilə bağlı razılıq əldə oluna bilər. Bu, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi baxımından vacib fatordur. Onu da nəzərə almaq lazımdır ki, bu gün dünyada adıçəkilən sahə ilə bağlı ən çox müzakirə aparılan mövzu enerji keçidi məsələsidir. Çünki ənənəvi enerji resursları getdikcə öz aktuallığını itirmək üzrədir. Buna görə də bir çox ölkələr alternativ enerji mənbələrinə maraq göstərirlər.

Nəzərə alaq ki, Azərbaycan da enerjidən ciddi asılılığı olan ölkələrə daxildir. Yəni ixracımızın 90 faizi enerji məhsullarından ibarət olduğundan, neft-qaz sektorunun gələcəkdə aktuallığını itirməsi ölkə üçün təhlükələrə yol aça bilər. Çünki bizim digər sahələrimiz zəif inkişaf edib. Bu baxımdan, indidən bərpa olunan enerji sektorunda fəaliyyətimizi genişləndirsək, həmin logistika amillərinin neytrallaşmasına kömək edə bilər. Amma təbii ki, təkcə müqavilənin imzalanması və investisiya yatırımı bu sahənin inkişafı üçün yetərli olmaya da bilər.

Düşünürəm ki, mütləq şəkildə ölkədə biznes və rəqabət mühitinin liberallaşdırılması, daha əlverişli hala salınması lazımdır ki, bu tip investisiyalar uğurlu olsun. Burada təkcə investisiyaların cəlb edilməsiylə yetinmək olmaz.

Həmçinin iqtisadiyyatınn digər sahələri üçün də xarici investisiyaların çıxışını asanlaşdırmaq lazımdır ki, ölkə dayanıqlı iqtisadi inkişafa nail olsun. Əks təqdirdə, gələcəkdə enerji asılılığımız davam edə bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv