!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4 faiz artırdı

!Reklam – Yazi

Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 52 milyard 678,7 milyon ABŞ dolları təşkil edib.

Yenicag.az xəbər verir ki, bunun 86 %-i və yaxud 45 milyard 306,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14 %-i və yaxud 7 milyard 371,9 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 278,2 milyon dollar və yaxud 0,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 42,8 milyon dollar və yaxud 0,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 235,4 milyon dollar və yaxud 3,3 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 milyard 118,5 milyon dollar və yaxud 4,2 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 milyard 201,9 milyon dollar və yaxud 2,7 %, AMB-nin valyuta ehtiyatları isə 916,6 milyon dollar və yaxud 14,2 % artım nümayiş etdirib.

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv