!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan sosial-demokratiyasının SONU: “Bundan sonra o ideyalar bir daha səsləndirilməyəcək” – RƏY

!Reklam – Yazi

“Ona görə də Araz Əlizadəni sol cinahın “sonuncu mogikan”ı hesab etmək olar”.

Bu fikirləri Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin vəfatından sonra ölkədə sol spektrin perspektivinə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Araz Əlizadənin vəfatı ilə ölkədə sosial-demokratiya ideyaları da aradan qalxacaq:

“Sözümün əvvəlində dünyasını dəyişən Araz Əlizadəyə rəhmət diləyirəm. O hər zaman siyasətdə özünəməxsus mövqe tutub. Bu mövqe də bir çox hallarda dövlət və milli maraqlarla üst-üstə düşməyib.

Sualınıza gəldikdə, qeyd edilməlidir ki, Araz Əlizadə, həmçinin qardaşı Zərdüşt Əlizadə ötən əsrin 90-cı illərindən bu cinahda qərarlaşsalar da, Azərbaycanda sosial-demokratiya ideyaları geniş yayılmayıb. Ona görə də Araz Əlizadəni sol cinahın “sonuncu mogikan”ı hesab etmək olar.

Doğrudur, hazırda qeydiyyata alınmış partiyalar arasında sol cinahı təmsil edənlər var. Amma dediyim kimi, sosial-demokratiya ideyaları bizdə oturuşmadı. Mənə belə gəlir ki, bundan sonra ölkədə sosial-demokratiya ideyaları, ümumiyyətlə səsləndirilməyəcək”.

A.Zeynalov

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv