!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan sülh tərəfdarıdır - Klaus Yurgens

!Reklam – Yazi

Azərbaycan sülh tərəfdarıdır.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Qlobal Forumuna qatılan “Economyfirst Limited London” şirkətindən Klaus Yurgens deyib.

“Şuşada biz kilsənin restavrasiyanı gördük. Bu Azərbaycanın necə sülh tərəfdarı olduğunu göstərir. Bununla Azərbaycan digər ölkələrə də sübut edir ki, bir şeyi məhv etmək asandır, amma qurub yaratmaq, yenidən bərpa etmək səy tələb edir. Bu Azərbaycanın həm də xüsusi mesajıdır. Məsələyə qurub yaratmaq prinsipi ilə yanaşmasının bariz nümunəsidir. Etiraf edim ki, bu məni təsirləndirdi və bu mənzərəni görmək çox xoş oldu. Düşünürəm qarşı tərəf də bu cavabı verməlidir və sülh tərəfdarı olmalıdır. Qarşı tərəfdən ədalətli olmayan və qeyri-qanuni olan tələblər irəli sürülməməlidir. Düşünürəm qarşılıqlı hörmət və münasibət yaranarsa iki ölkə arasında qonşuluq münasibətləri daha da yaxşı inkişaf edər və insanlar sülh içərisində yaşayar. Xalqlar arasında sülh bir-birini anlamağa əsalanmalıdır, onlar bir-birinin gözünün içinə baxmalıdır. Cəmiyyətdə sülhün əldə olunması üçün qonşular birgə yaşamağı öyrənməlidir. Sülh qarşılıqlı hörmətə əsaslanmalıdır”, – deyə o əlavə edib.

K.Yurgens həmçinin qeyd edib ki, Azərbaycan sülh içində birgəyaşayış üçün rol model ola bilər.

“Azərbaycana səfərimdən, gördüklərim barəsində xüsusilə də Şuşa səfərindən sonra deyə bilərəm ki, Azərbaycan sülh içində birgəyaşayış üçün rol model ola bilər. Sülhün əldə olunmasında siz media olaraq daha çox aktiv olmalısınız. Öz fikirlərinizi çatdırmaqdan çəkinməməlisiniz. Həmçinin siz obyektiv münasibət sərgiləməli və araşdırmalar aparmalısınız. Sözün açığı Avropa ölkələrindən olan jurnalistlərin bu məsələlərdə yanaşması fərqlidi amma məm düşünürəm siz bu haqda daha çox yazmalısınız, xəbərlər hazırlamalısınız. Və belə halda ötürəcəyiniz mesajın Azərbaycan sərhədlərindən kənara çıxmağını təmin edə bilərsiz. Beynəlxalq qəzətlərdə yazılar yazın, televiziyalarda çıxışlar edin. Bu düzdü çox əmək tələb edən işdi, amma etmək olar. Düşünürəm ən vacib məsələ Azərbaycandan kənarda ezam olan jurnalistlərin aktivliyini təmin etməkdir bu məsələdə. Onlar bu mesajı daha asan və rahat çatdıra bilərlər. Bu asandımı? Xeyir, amma edilə bilər. Sizin Azərbaycanla bağlı yerli auditoriya üçün yazmaqdan əlavə, xarici auditoriya üçün yazmağınız önəmlidir”,- deyə o əlavə edib./trend/

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv