!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan təmsilçilərində SON VƏZİYYƏT: “Şanslar 55/45-ə rəqibin xeyrinədir” – PROQNOZ

!Reklam – Yazi

“Sabah” futbol klubu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçı çərçivəsində Latviyanın “RFS” komandasına 2:0 hesabı ilə qalib gəlib. Azərbaycanın digər Avrokubok təmsilçilərindən “Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) ilə 2-2, “Qəbələ” “Omoniya”ya (Kipr) 2-3 hesabı ilə məğlub olub. UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” isə Polşa “Rakov”una 2-3 hesabı ilə uduzub.

Azərbaycan təmsilçilərinin son oyunlarını dəyərləndirən idman jurnalisti Sənan Şəfizadə Yenicag.az-a açıqlamasında digər komandalara nisbətən “Qəbələ”də vəziyyətin acınacaqlı olduğunu bildirib:

“Sabah”ın Avrokuboklarda ilk oyunu idi. Rəqib meydanda mübarizə aparmasına baxmayaraq, Latviya klubu “RSF”nin qapısına 2 cavabsız qol vuraraq inamlı qələbə qazandı. Fikrimcə, “Sabah” bu uğurunu Bakıda da davam etdirərək növbəti mərhələyə adını yazdıracaq.

“Qarabağ” səfərdə ilk oyunda “Rakov”a 2-3 hesabı ilə məğlub oldu. Deməzdim ki, komandamız pis oynadı. Sadəc,ə buraxılan hər üç qolda komandamızın səhvələri oldu. Sanki bu qolların vurulmasında biz rəqibə kömək etdik. Bununla belə “Qarabağ” Bakıda “Rakov”dan güclü olduğunu meydanda nümayiş etdirərək növbəti mərhələyə vəsiqə qazanacaq.

“Qəbələ”də isə vəziyyət çox acınacaqlı idi. Ötən mövsümün kubokunu qazanan “Qəbələ” heyətini tamamilə itirdi. 9 nəfər komandadan getdi. Yeni alınan oyunçulara isə komandaya öyrəşmələri üçün vaxt lazımdır.

Açığı, “Omoniya”nı həm heyət, həm də büdcə baxımından axşamkı qarşılaşmanın favoriti sayırdım. Amma buna baxmayaraq “Qəbələ” bizi təəccübləndirməyi bacardı. Görüşün ilk dəqiqələrindən rəqib qapısına yol tapa bildi.

Məncə, oyunun baş hakimi də penalti epizodunda haqsız qərar verərək 11 metrlik cərimə zərbəsini göstərdi. Eyni epizod həmçinin, rəqib qapısı qarşısında da oldu. Bu zaman hakimin fiti susdu.

Ümumiyyətlə, komandamız son nöqtəni qoymaqda çətinlik çəkirdi. 2 epizodda qapı tiri rəqibi qoldan xilas etdi.

“Qəbələ”nin öz meydanında “Omoniya”ya 2-3 hesabı ilə məğlub olması komandanın işini daha da çətinləşdirdi. Səfərdə “Qəbələ”ni çətin matç gözləyir.

Düşünürəm ki, “Omoniya” burdakından ikiqat güclü olacaq. Şansları 55/45-ə rəqibin xeyrinə qiymətləndirirəm.

“Neftçi” “Jelezniçar”a qarşı əzimkar oyun nümayiş etdirərək matçı 2-2 tamamlamağı bacardı. Təmsilçimizin yeni baş məşqçisi Adrian Mutunun da gəlişi komandaya əlavə güc qatdı.

10-15 günə komanda formalaşdırmaq çox çətin məsələdir. Buna görə də, yeni baş məşqçidən böyük nəticə tələb etmək düzgün deyil.

Fikrimcə, “Neftçi” “Jelezniçar”dan güclüdür. Sadəcə Bakıdakı matça qədər komanda var qüvvəsi ilə çalışmalıdır”.

Sadiq Cavadov

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv