!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan terrorçu dövlət Ermənistan və onun hamilərinin qarşısında yalnız deyil" - Dövlət Bağçalı

!Reklam – Yazi

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Ermənistanın sərhəddəki provokasiyası ilə bağlı silsilə mesajlar yayaımlayıb.

Yenicag.az xəbər verir ki, Bağçalı qeyd edib ki, Azərbaycanın terrorçu Ermənistan və onun himayədarlarının qarşısında yalnız deyil, türk milləti Azərbaycanın yanındadır.

“Ermənistanın Qarabağdakı hücumlarına səbir göstərilməyəcək.

Can Azərbvaycan terror dövləti Ermənistan və onun arxasında dayanan zalımlar qarşısında əsla yalnız deyildir. Türk milləti soydaşlarının yanındadır. Milliyətçi Hərəkat Partiyası erməni hücumlarını pisləyir, Qarabağın azadlığına uzanan əllərin qırılacağına inanır.

Qardaş ölkə Azərbaycan prezident İlham Əliyevin liderliyilə hər cür qəddar və həyasız oyunu pozmağa qadirdir. Türkiyənin dəstəyi də tam və əskiksizdir. Ermənistanı sahəyə soxub maşa kimi istifadə edən hansı ölkə olursa-olsun, ağır nəticələrdən məsuldur.

Unudulmasın ki, bir kərə yüksələn bayraq bir daha enməyəcək!”

 

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv