Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək? – TƏKLİF

“Son 27 il ərzində Türkiyənin iş adamları həm Gürcüstan, həm də Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində tərəflər çox önəmli biznes tərəfdaşına çevriliblər”.

Yenicag.az xəbər verir ki, bunu Tbilisidə keçirilən Gürcüstan-Azərbaycan biznes forumunda çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

Onun sözlərinə görə, artıq hər üç ölkənin Avropa İttifaqı ilə birlikdə dördtərəfli biznes forumunun keçirilməsi üçün bir çox səbəb var: “Avropa İttifaqı ölkələrimizin əsas ixrac tərəfdaşlarından biridir. Bu baxımdan kənd təsərrüfatı, sənaye, mebel sektoru kimi müxtəlif sahələrdən olan biznes nümayəndələrinin iştirakı ilə dördtərəfli biznes konfransının keçirilməsi olduqca maraqlı və mənfəətli olar”.

Səfir onu da qeyd edib ki, Türkiyənin Gürcüstandakı səfirliyi bu sahədə yaxından dəstək verməyə hazırdır.

COP29