“Azərbaycan müstəqil dövlət olaraq istənilən ölkə ilə münasibət qura bilər. Bu, Türkiyəni narahat etməz. Eyni zamanda Türkiyənin də digər ölkələrlə münasibəti Azərbaycanı narahat etməz”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanın İsraillə münasibətlərinin Türkiyəni narahat etməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə qardaş dövlətdir: “Bu münasibətləri kimsə poza bilməz”.
Emin Səfərov