!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə qardaşlığı: Siyasi, iqtisadi, mənəvi münasibətlərin yeni modeli möhkəmlənir - TƏHLİL

!Reklam – Yazi

Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində və aprelin 5-də Mövlud Çavuşoğlu ilə görüşdə səsləndirdiyi “Türk dünyası bizim bir ailəmizdir” fikirləri Azərbaycan-Türkiyə qardaşlığının yeni nümunəsini ortaya qoyur. 

Tarixi köklər üzərində təşəkkül tapmış Azərbaycan Türkiyə qardaşlığı bu gün bütün sahələr üzrə münasibətlərin ən yüksək nümunəsini yaşayır. Bu iki qardaş dövlətin münasibətləri qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub. Başqa sözlə, “Bir millət, iki dövlət” modeli əsasında qurulan bütün səviyyəli münasibətlər dostluq və qardaşlıq sərhədlərinin ənginliklərini aşaraq, münasibətlərin Azərbaycan Prezidentinin dediyi kimi, Türk dünyasının bir ailə modeli formasında inkişafını gərəkli edir. Ailəni ayaqda tutan əsas amil isə onun fərdlərinin bir-birinə sədaqəti ilə ölçülür. Bu baxımdan, Azərbaycan-Türkiyə qardaşlığı Türk Dövlətləri Təşkilatının daha mütəşəkkil şəkildə inkişafına təkan verib.

Azərbaycan-Türkiyə münasibətləri bu günümüzdə daha da möhkəmlənib, bütün sahələrdə qarşılıqlı əlaqələr yüksək səviyyədə inkişaf edib. Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq münasibəti, həmçinin bütün sahələrdə qarşılıqlı əməkdaşlığın qurulması, həm ölkələrimizin dinamik inkişafına, həm də regionun tərəqqisinə, sabitliyin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir.

Türk dövlətlərinin əlverişli mövqedə yerləşməsi bu ölkələrə əlavə üstünlüklər yaradır. Qeyd edək ki, “Böyük İpək Yolu”nun fəaliyyətinin ilkin dövrlərindən başlayaraq İpək yolunun ən intensiv hərəkət istiqamətlərindən biri də Azərbaycandan keçirdi. Bu tarixi istiqamət iqtisadi münasibətlərin inkişafı baxımından Azərbaycana xüsusi imkanlar açır. Azərbaycan həm Türk dünyasının kilid dövləti rolunu oyanayan ölkə kimi ön plana çıxır, eyni zamanda, Türk dünyası ilə Şərq və Qərb regionlarının birləşdirilməsi yolunda mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın mövcud olan zəngin təbii xammal ehtiyatı və Avropadan Asiyaya uzanan ticarət yolunda əlverişli coğrafi mövqedə yerləşməsi, onun dünya birliyində nüfuzunun güclənməsinə imkan verir.

Türk dünyasının ciddi təbii qaynaqları, insan resursları, hərbi potensialının olması və bunun Türk dünyası kontekstində əməkdaşlıq-tərəfdaşlıq-inteqrasiya keçidi Azərbaycan-Türkiyə qardaşlığı fonunda daha əhəmiyyətli hala gəlib.

Azərbaycan və Türkiyə türkdilli dövlətlərin iqtisadi flaqmanı kimi çıxış edir. Maraqlı tendensiya ondan ibarətdir ki, indiyədək regionda investisiyaların əsas təşəbbüskarı və təşkilatçısı kimi Türkiyə çıxış edirdisə, hazırda Azərbaycan bu sırada mühüm yer tutmağa başlayıb. Respublikamız qardaş ölkədə iri investisiya layihələrinin müəllifi kimi çıxış etməyə başlayıb. Azərbaycanın maliyyə qüdrətinin artması türk dövlətlərinin investisiya bazarına daxil olması üçün əlverişli imkanlar yaradıb və respublikamız öz kapital resurslarını həmin ölkələrin ən iri neft-kimya, yanacaq və nəqliyyat layihələrinə yönəltməkdədir.
Dünyanın parçalanması fonunda hər kəsin öz ittifaqını yaratma cəhdini müşahidə edirik. Finlandiya-İsveç nümunəsi, NATO-ya üzvlük fonunda birləşmələri həmin cəhdlərin yeni dünya düzənində ortaya çıxan elementləri saymaq olar. Bu kontekstdə həm də türk dünyasının öz ailə bağlarını gücləndirmələri ilə Türk Dövlətləri Təşkilatı müasir birlik modeli kimi ortaya çıxır. Bu modelin təkmilləşdirilməsi də Azərbaycan-Türkiyə qardaşlığının gücləndirilməsi fonunda baş verir.

Qarabağ zəfəri nümunəsində türk dövlətləri arasında əməkdaşlığın güclənməsinin şahidi oluruq. Bu zəfər Azərbaycanın bir çox sahələrdə ön plana çıxmasına, əsas söz sahibi kimi dayanmasına stimul olub.

Türkiyə ilə tərəfdaşlıq, işbirliyi, strateji müttəfiqlik, Şuşa bəyannaməsi, Qərbin Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək cəhdləri – 2008-ci ilə Türkiyə-Ermənistan sərhədinin açılmasına cəhdləri indi yenə təkrarlanır, Qərb Ankaranı sərhədləri açmağa məcbur etmək istəyir. Amma Türkiyə bu dəfə də doğru seçim edəcək. Qeyd etmək vacibdir ki, artıq Türkiyə əvvəlki Türkiyə olmadığı üçün bu qardaş dövlətə şərtləri diqtə etmək də mənasız görünür. Çünki Türkiyə artıq uzun illərdir regional güc kimi çıxış edir və bu siyasət qlobal güc olmaq yolunda irəlilələyir.
Azərbaycan-Türkiyə qardaşlığının başqa bir nümunəsini qardaş ölkədə baş verən zəlzələ zamanı da görə bildik. Kahramanmaraş mərkəzli təbii fəlakətin ilk anından Azərbaycanın qardaş dəstəyi Türkiyəyə çatdırılmağa başladı və bu dəstək həmin ərazilərdə daha böyük tikinti işlərinin aparılması ilə davam elədi.

Başqa bir mühüm detalı da qeyd etməyi gərəkli hesab edirik. 100 ildir ki, davam edən Ermənistanın Türkiyəyə qarşı soyqırımı konsepsiyasının məhz Qarabağ zəfəri ilə zəiflədilməsi – bu gün Ermənistanda “soyqırım”la bağlı iddialar artıq əvvəlki kimi aktual deyil. Azərbaycanın təkidi ilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi istiqamətində atılan addımlar – bu, həm də Ermənistanın Türkiyəyə ərazi iddiasından əl çəkməsi deməkdir.

Nəsimi Ələsgərli

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv