!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı bəyannaməsi imzalandı - YENİLƏNDİ

!Reklam – Yazi

“Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir:

“Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”./report

***

Bakıda Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Hakan Fidan və Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili iştirak edir.

Üçtərəfli görüş çərçivəsində Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub./APA

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv