“Azərbaycan, Türkiyə və Rusiya “enerji ittifaqı” yaradır” – Ukraynalı ekspert

“Avropanın enerji bazarına nəzarət həm də əlavə siyasi üstünlüklər qazandırır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynalı siyasi-iqtisadi ekspert Vsevolod Stepanyuk deyib.

Stepanyukun fikrincə, Danimarkanın “Şimal axını-2” qaz layihəsinin ikinci fazasını əngəlləməsi TANAP və TAP, o cümlədən “Türk axını” proyektlərinə təsir etməyəcək:
“Şimal axını-2” layihəsi “Türk axını” ilə əlaqədar deyil. Çünki bu layihələrin hər biri ayrılıqda fərqli məsələləri həll edirlər.

Eyni zamanda, cənubda Balkan regionunu və Avropanın bir hissəsini qazla təmin etmək məqsədi ilə Azərbaycan, Türkiyə və Rusiya tərəfindən “enerji ittifaqı” yaradır.

Yəni bu dolayı marşrutlar Ukraynaya alternativ təşkil etməklə yanaşı, həm də qaz ixracatçıları qismində Rusiya, Azərbaycan, Türkiyə və Almanıyanın üstünlüklərini artırır.

Bu ölkələr digər dövlətlərin Avropa İttifaqı məkanının qaz bazarına çıxışına mane olacaqlar. Digər tərəfdənsə, sıxılmış qazın qiyməti boru ilə nəql edilən qazın qiymətindən hər zaman baha olur. Qeyd olunan istiqamətlərdə hazır kəmərlərin mövcudluğu ixracın etibarlılığını artırır”.

COP29