!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan üçün əlverişli neft qiymətləri 2022-nin qalan hissəsində və 2023-də də davam edəcək”

!Reklam – Yazi

Beynəlxalq reytinq agentliyi “Standard & Poor’s”un proqnozuna görə, Azərbaycan üçün əlverişli neft qiymətləri 2022-ci ilin qalan hissəsində və 2023-cü ildə də qalmaqda davam edəcək.

Agentlik qeyd edib ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə karbohidrogen sektorundan asılıdır və hazırda əlverişli qlobal neft qiymətlərindən faydalanır:

“Neft və qaz ixracın təxminən 90%-ni təşkil edir və ÜDM-in təxminən 50%-ni təşkil edir. İndi biz proqnozlaşdırırıq ki, Azərbaycan üçün əlverişli ticarət şərtləri 2022-ci ilin qalan hissəsində və 2023-cü ildə də davam edəcək. Biz gözləyirik ki, Brent markalı neftin qiyməti 2022-ci ildə orta hesabla 102 dollar/barel, 2023-cü ildə 85 dollar/barel, 2024-2025-ci illərdə 55 dollar/barel olacaq. Paralel olaraq, OPEC+ ölkələri qrupu (Azərbaycanın da üzvü olduğu) 2021-ci ilin iyulunda əldə edilmiş razılaşmaya uyğun olaraq neft hasilatına dair kvotaları azaltmağa davam edib”.

“Standard & Poor’s” hesab edir ki, mövcud mühit Azərbaycanın iqtisadi, fiskal və tədiyyə balansı göstəricilərinə fayda verəcəkdir: “Bununla belə, uzunmüddətli perspektiv daha az əlverişli görünür. Azərbaycan 19-cu əsrdə sənaye üsulu ilə neft hasilatına başlamış dünyanın ən qədim neft istehsalçılarından biridir. Mövcud neft yataqları köhnəlir və hasilatın davamlı azalması müşahidə olunur. Məsələn, 2010-2021-ci illər arasında neft hasilatı 30% düşüb”.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv