!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan üçün uyğun SİLAH BAZARI: “Serbiya ilə hərbi əməkdaşlığın genişləndirilməsi...”

!Reklam – Yazi

“Serbiya postsosialist dövlətidir və sovet-rus hərbi sənayesinə uyğunlaşdırılmış istehsal təcrübəsinə malik ölkələrdən biridir”.

Bu sözləri Serbiya ilə Azərbaycan arasında genişləndirilən silah ticarətini şərtləndirən amilləri şərh edən hərbi ekspert Ramil Məmmədli Yenicag.az-a açıqlamasında deyib.Ramil Məmmədli bildirib ki, Azərbaycanın Serbiyadan silah, sursat alması məntiqlidir:

“Azərbaycanın Serbiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığında prioritet olaraq, müxtəlif çaplı mərmilər, müəyyən texnika və texnologiyaların komponentləri əsas götürülüb.

Nəzərə almaq lazımdır ki, Serbiya postsosialist dövlətidir və sovet-rus hərbi sənayesinə uyğunlaşdırılmış istehsal təcrübəsinə malik ölkələrdən biridir.

O baxımdan, Azərbaycan silahlı qüvvələrinin təlabatına uyğun olan hərbi təyinatlı məhsulların Serbiyadan alınması daha məqsədə uyğundur. Ona görə də, Azərbaycan Serbiya ilə hərbi-texniki əməkdaşlığa ciddi əhəmiyyət verir”.

Səxavət Məmməd

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv