“Azərbaycan-Ukrayna Gənclərinin I Forumu”nda diaspora müzakirə edildi – FOTO

26 oktabr 2019-cu il tarixdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Ukraynanın paytaxtı Kiyev şəhərində “Azərbaycan-Ukrayna Gənclərinin I Forumu” öz işini davam etdirib.

Yenicag.az xəbər verir ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşır. Forumun rəsmi tərəfdaşı Diasporla İş üzrə Dövlət Komitəsidir.

Tədbiri giriş sözü ilə Ukrayna Azərbaycanlıları Radasının baş katibi Seyid Qədiməliyev açaraq təmsil etdiyi qurumun yaradılma zərurətindən və həyata keçirilən tədbirlərdən danışdı.

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov çıxış edərək Forumun əhmədiyyətdindən danışdı. Tədbirin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi tərəfdaşlığı ilə reaallaşdığını deyən S.Abbasov Bakıdan 8 QHT və media rəhbərinin gəldiyini və maraqlı müzakirələr keçirildiyini dedi. S.Abbasov, həmçinin, diaspor siyasətinin ASGA-nın birabaşa profil istimaqəti olduğunu dedi. S.Abbasov, həmçinin, Azərbaycanın Ukraynadakı Fövqaladə və Səlahiyyətli səfir Azər Xudiyevə diqqət və qayğıdan dolayı təşəkkür edib.

Daha sonra tədbir Azərbaycan Diasporu İnformasiya Mərkəzinin, diasporpress.az saytınının rəhbəri Toğrul Allahverdilinin moderatorluğu ilə davam edib. Qonaqları tədbir iştirakçılarına təqdim edən T.Allahverdili Forumun diaspor nümayəndələri üçün mühüm əhəmiyyət kəsb etdiyini dedi. Forumun təşkilində göstərdiklərinə görə Gənclər Fondunun rəhbəri Fərid Cəfərova, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Azərbaycanın Ukraynadakı Fövqaladə və Səlahiyyətli səfir Azər Xudiyevə və Ukrayna Azərbaycanlıları Radasına təşəkkür edən T.Allahverdili bu kimi layihələrin daha geniş coğrafiyada keçirilməsinin vacibliyini qeyd etdi.

Sonra Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi Rövşən Tağıyev çıxış edərək Ukrayanda formalaşan Azərbaycan diasporasından və son dövrlər aparılan islahatlardan danışdı.

Daha sonra YeniÇağ Media Group-un rəhbəri Aqil Ələsgər çıxış edərək təmsil etdiyi qurumun diaspor siyasətinə xüsusi diqqət ayırdığını dedi.

Ukrayna Azərbaycanlıları Radasının sədr müavini Murad Cəfərov isə çıxışında Radanın gələcək fəaliyyət planlarından danışdı.

Sonra Bax.tv saytının təsisçisi Seymur Teymurov çıxış edərək diapsor təşkilatlarının media qurumları ilə sıx əlaqələrinin vacib olmasını vurğuladı

Daha sonra Gənclər Fondunun rəsmisi Rahim Rəhimov təmsil etdiyi qurumun fəaliyyətindən, gənclər üçün açdığı yeni imkanlardan danışdı.

Ukrayna Azərbaycanlıları Radasının sədr müavini Xəyyam Həqiqətoğluçıxış edərək mövcud problemlərdən və onun həlli yollarından danışdı.

Sonra ADİM-in həmtəsisçisi, telejurnalist Fikrət Məmmədov çıxış edərək bu kimi forumların bütün dünyada keçirilməsinin vacibliyini vurğuladı.

Sonda Ümumukrayna azərbaycanlıları gənclər təşkilatının sədri Damət Əsgərov çıxış edərək gənclərin diaspor işində yaxından iştirakının əhəmiyyətindən danışdı.

COP29