!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan universitetlərinin dünya reytinqi - Bu ali təhsil ocağı birinci yerə çıxdı

!Reklam – Yazi

UNEC ölkə universitetləri içərisində birinci yerə, Cənubi Qafqazda isə ikinci yerə çıxdı…

Yenicag.az xəbər verir ki, sabiq maliyyə naziri, professor Saleh Məmmədov universitetlərlə bağlı  düşündürücü bir məqalə hazırlayıb və Musavat.com-a göndərib.

Həmin yazını təqdim edirik:

Bu il “QS” dünya universitetlərinin “Reytinq 2024” cədvəlini dərc edib. “QS” dünya universitetlərinin reytinqi üzrə mühüm qurumlardan biridir. Bununla bərabər, bir neçə başqa reytinq qurumları da var. Bunlara “QS”, “THE” (Times higher education),   “ARWU” (Academic Ranking of World Universities- SJTU-Şanxay universitetinin reytinqi) və  “Ranking Web of World Universities” (Webometric-bu günlərdə o da reytinq siyahısını elan etməyi planlaşdırır) aiddir. Bundan başqa, bir sıra regional və sahəvi reytinq təşkilatları da var. Məsələn, BƏƏ-də fəaliyyət göstərən “CWUR” (The Center for World University Rankings), “ARTU” (The Aggregate Ranking of Top Universities), “CWTS” Leiden Ranking, Performance Ranking of Scientific Papers for World Universities, Reuters World’s Top 100 Innovative Universities və s.

Bir bayraq, göydələn, qüllə və binalar şəkili ola bilər

Bu təşkilatlardan ən vaciblərindən biri “QS”dir. “QS” reytinq təşkilatı dünya miqyasında fəaliyyət göstərən 32 min universitetdən cəmi 1500 qabaqcıl universitet seçir və onların reytinqini çıxarır. Azərbaycandan hər zaman BDU, keçmiş Qafqaz, Xəzər, bəzən ADA universitetləri bu siyahıya düşürdü. Lakin bu il də dinamik inkişafı ilə respublikanın bütün təhsil müəssisələrini geridə qoyan Azərbaycan Dövlət İqtisad Universiteti- UNEC  bu il “QS” reytinq cədvəlində dünya üzrə 1001-1200 yerləri bölüşdürərək ölkə üzrə birinci yerə çıxıb. İkinci yeri BDU, üçüncü yeri dünya üzrə 1201-1400-cü yerləri bölüşən ADSU tutub. Digər Azərbaycan universitetləri 1500 -lik reytinq cədvəlinə düşə bilməyiblər.

Cədvəl 1. “QS” reytinq cədvəli (Azərbaycan Universitetləri üzrə)

60d6fcd9-5f36-479f-a18c-1ae6cedda3c0.jpg (25 KB)

Eyni zamanda UNEC bu il Cənubi Qafqaz universitetləri üzrə beş pillə irəliləyərək ikinci yerə çıxıb, Ermənistan universitetlərini ilk dəfə olaraq geridə buraxıb. Əvvəllər bütün reytinqlərdə Azərbaycan universitetləri Ermənistan və Gürcüstan universitetlərindən geridə qalırdı. Cənubi Qafqaz univerisitetlərindən  UNEC-i qabaqlayan yalnız Tbilisi dövlət universiteti olub.

Daha bir uğur, sahələr üzrə (iqtisadiyyat və ekonometrika) UNEC 1500 universitet üzrə 500-530-cu yerə çıxmış, region universitetlərinin hamısını qabaqlayıb.

Ümumiyyətlə, hər hansı bir dövlətin ümumi inkişaf səviyyəsi müəyyənləşdirilərkən birinci növbədə onun universitetinin vəziyyətinə baxış keçirilir. Səviyyəli universitetə sahib ölkə mütləq səviyyəli iqtisadi və sosial inkişafa malik olacaq. Bu, isbata ehtiyacı olmayan bir beynəlxalq qanunauyğunluqdur. Dünyanın top yüz universiteti siyahısında yalnız inkişaf etmiş ölkələr və dinamik inkişaf yolunu tutmuş ölkələr var. Başqa cür mümkün deyil. Həm “QS”, həm də digər reytinq təşkilatları qiymətləndirməsində top yüzlükdə bir dənə də müsəlman universiteti yer almayıb. İlk müsəlman universitetinin reytinqi 250-300 yerlərdən başlayır. Müsəlman universitetləri siyahısına hər zaman Türkiyə liderlik edirdi. Son dövrlərdə İran, Səudiyyə Ərəbistanı, BƏƏ universitetləri xeyli irəli çıxmış, Türkiyə isə xeyli geriləyib.

Bir poster şəkili ola bilər

Azərbaycan prezidenti Azərbaycan Respublikasını qısa zaman içərisində inkişaf etmiş ölkələr sırasına qaldırmağı ali məqsəd kimi qarşıya qoyub. Bu planın yerinə yetirilməsi dünyada ilk dəfə olaraq bir müsəlman ölkəsinin inkişaf etmiş ölkələr səviyyəsinə qalxması deməkdir. Amma hər kəs əmin olmalıdır, bu ali proqramın yerinə yetirilməsi heç olmasa bir universitetin top yüzə çatması ilə reallaşa bilər. Alternativ yol yoxdur.

Təəssüflər olsun ki, müstəqillik qazandıqdan sonra ölkənin taleyini həll edən sahələrdə (bura təhsil, elm və səhiyyə daxildir) geriləmə və özü də ciddi geriləmə müşahidə olunur. Sovet vaxtı, hətta son dövrlərə qədər “QS” reytinqinə görə  Azərbaycanda birinci yeri tutan universitet dünya miqyasında ilk 300, 400, 600-lüyə düşürdü. İndi birinci universitetimiz – UNEC “QS” üzrə 1001-1200 (1500 universitet içərisində), “Webometric” reytinqinə görə 3000-3500 yerləri (32000 universitet içərisində) tutur.  UNEC üzrə bir əsas xüsusiyyəti dəyərləndirmək lazımdır ki, bu universitet son illərdə ciddi dinamika ilə  inkişaf edir və tərəqqidədir, çox sürətlə irəliləyir. “Webometric” reytinqinə görə bu universitet son bir neçə ildə 15 minə yaxın universiteti ötüb keçmişdir. Ölkə üzrə də ən son pillələrdə yer alan bu universitet son bir neçə il ərzində birinci yerə qalxmışdır. Digər əksəriyyət universitetlərdə və ümumiyyətlə Azərbaycan universitetlərinin məcmu inkişaf indeksində  ciddi geriləmə meylləri müşahidə olunur.

Birmənalı olaraq bütün azərbaycanlılar bir əsas məntiqi anlamamış deyillər: belə davam edə bilməz, əgər davam edəcəksə bütün gələcək inkişaf perspektivləri, hətta bu xalqın müstəqilliyi böyük təhlükə altındadır. Kəskin beynəlxalq rəqabət şəraitində bu xalqı nə neft, nə qaz, nə bol torpaqlar, sərvət, resurslar, ən böyük valyuta ehtiyatları (hətta trilyon dollar yüksəlsə belə) ayaqda saxlaya bilməyəcək. Yeganə yol təhsil, elm, texnologiyadır, ölkənin bütün sərvətləri bu istiqamətə yönəldilməlidir.  Bu gün 65 milyard dollar valyuta ehtiyatları toplanılmışdır, təbii ki, çox böyük məbləğdir, bu göstəricinin nisbi səviyyəsinə görə dünyanın ən inkişaf etmiş ölkələri – İsveçrə, Norveç, Sinqapur səviyyəsindəyik. Amma bu vəsaitlər demək olar ki, 99%-i xarici banklarda saxlanılır və həmin ölkələrin xeyrinə işləyir, həm də bu günkü beynəlxalq şərtlərə görə olduqca böyük risk zonasında yerləşir.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — INTERNATIONAL STUDENTS

Ölkəni inkişafa götürən universitetlərin səviyyəsinə görə isə Afrika ölkələri səviyyəsindəyik. Bu ölkəyə 65 milyard deyil, hətta trilyon dollarlıq ehtiyat valyuta toplamaqdan beş nəfər Bill Qeyts, Mark Zukerberq, Stiv Cobs və s. kimi dahilər yetişdirmək daha sərfəlidir, həm də min dəfələrlə artıq sərfəlidir. Belə mütəxəssislər hərəsi trilyonlar qazandıracaq bu ölkəyə. Bu xalqın içərisində belə şəxslərin sayı yüzlərlə, minlərlədir, təəssüf mühit yoxdur. Başqa mühitə düşən kimi belə qabiliyyət sahibləri xariqələr yaradır, amma, mühitimizdə ən böyük dahi də bloklana bilir.

Təbii ki, ənənəvi sual ortaya çıxır, nə etməli və necə etməli….

Bütün bu problemlərin mərkəzi xətti universitetlərdən keçir.  Demək olar ki, hər ildə universitetlər, elm və təhsilin islahatları zəruriyyəti və yolları haqqında büdcə müzakirələri ərəfəsi yazıram. Bu problemli sual da deyil. Bu yolu keçən və böyük uğur qazanan  çoxsaylı xalqlar və dövlətlər var, sadəcə bu təcrübələri ölkənin vəziyyətinə uyğunlaşdırıb tətbiq etmək lazımdır.

Mən UNEC  üçün müvafiq sualla hazırda ən yüksək qiymətləndirilən süni intellekt proqramı “Chat GPT” proqramına müraciət etdim. Aldığım cavabı olduğu kimi bura past etdim:

“ADİU-nun reytinqini yaxşılaşdırmaq üçün müxtəlif addımlar atıla bilər. Bu addımlardan bəziləri aşağıdakılardır:

  • Tədqiqat keyfiyyətinin yüksəldilməsi. Reytinqin 20%-ni təşkil edən fakültə üzrə sitat göstəricisi tədqiqat keyfiyyətinin göstəricisidir. ADİU daha yüksək təsirli jurnallarda daha çox məqalə dərc etməli, beynəlxalq tədqiqat şəbəkələrinə qoşulmalı və tədqiqatçılar üçün lazımi resursları təmin etməlidir.
  • Beynəlxalq inteqrasiyanın gücləndirilməsi. Reytinqin 15%-ni təşkil edən beynəlxalq fakültə və tələbə nisbəti göstəriciləri beynəlxalq inteqrasiyanın əlamətidir. ADİU daha çox xarici professor-müəllim heyətini və tələbələri cəlb etməli, beynəlxalq mübadilə və tərəfdaşlıq proqramlarını genişləndirməli, xarici universitetlərlə əməkdaşlıq müqavilələri imzalamalıdır.
  • Müasir problemlərin həlli yollarını tapın. Reytinqin 5%-ni təşkil edən davamlılıq göstəricisi universitetin sosial və ekoloji məsuliyyətini göstərir. ADİU BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq müasir problemlərə həll yolları tapmalı, ekoloji və sosial inkişafı dəstəkləməli və davamlılığı universitetin tədris, tədqiqat və idarəetmə proseslərinə inteqrasiya etməlidir.

UNEC-in yeni binası istifadəyə verildi

Bütün bu addımlar universitetin reytinq göstəricilərindəki performansını yaxşılaşdırmağa kömək edə bilər. Lakin bütün bu addımları eyni vaxtda həyata keçirmək asan deyil. Universitet öz resurslarına, prioritetlərinə və mövcud imkanlarına əsaslanaraq real və strateji plan hazırlamalıdır”.

Bundan sonra uzun müzakirələrimiz oldu, sadəcə bu proqram Azərbaycanda baş verən hadisələrdən xəbərsizdir, təəssüflər olsun ki, bu problemlər də beynəlxalq səviyyəyə çatdırılmır, daxildə də, problemi qaldırmağa da hər kəs risk eləmir. Məsələn, bu süni intellekt proqramı heç cür qavraya bilmir ki, müasir elmi-texnoloji sıçrayış şəraitində elm xərclərini necə azaltmaq olar, ali təhsilə öz ümidinə necə buraxmaq olar? 2023-cü ildə büdcədən universitetlərin maliyyələşdirilməsinə cəmi 41 milyon dollar pul ayrılmışdır. Bu eyni tələbə sayına sahib olan Harvard universitetində cəmi iki qrupun (25 nəfərdən 50 tələbənin təhsil məsrəfləri) illik smetası qədərdir. Bir kiçicik İsrail dövləti

Yenidən Süni intellekt proqramına müraciət etdim, ayrı ayrılıqda iki sual qoydum;

  1. Müsəlman ölkələrində elm və texnologiyaların inkişafının kəskin geridə qalmasının səbəbləri nədir? Dərhal cavab gəldi: “Müsəlman ölkələrinin elmdə geri qalması bir neçə amillə bağlıdır. Əsas amillərdən biri elm və texnologiyaya sərmayənin olmamasıdır. Müsəlman ölkələrində elmi tədqiqatlar lazımi səviyyədə maliyyələşdirilmir və hökumətlər üçün prioritet deyil. (57 müsəlman ölkəsinin elmə ayırdığı məbləğ cəmi 20 milyard dollar, o cümlədən Azərbaycan 120 milyon dollar, İsrail – 26 milyard, Cənubi Koreya – 95 milyard dollar-S.M.) Bundan əlavə, müsəlman ölkələrində tədqiqat və inkişaf mədəniyyəti yoxdur. Digər səbəb isə bu ölkələrdə təhsilin səviyyəsinin aşağı olmasıdır.

Bəzi alimlər həmçinin müsəlman ölkələrinin elm və texnologiyadan geri qalmasının səbəbinin din ola biləcəyinə inanırlar. Məsələn, israilli alim Daniel Steisslinger hesab edir ki, İslam əsas maneə törədən səbəbdir.”

  1. Sual: Müsəlman ölkələrində təhsilin kəskin geridə qalmasının səbəbləri nədir? Cavab: “Müsəlman ölkələrində təhsil bir çox səbəblərdən geri qalır. Bunlardan biri də təhsilə ayrılan vəsaitin kifayət qədər olmamasıdır. Bir çox müsəlman ölkələrində hökumət təhsilə kifayət qədər vəsait ayırmır. Bundan əlavə, müsəlman ölkələrində təhsil prioritet deyil. Digər səbəb ixtisaslı müəllimlərin olmaması ola bilər.

Bəzi ekspertlər həmçinin qeyd edirlər ki, dini inanclar və mədəni ənənələr müsəlman ölkələrində təhsilə təsir edə bilər. Məsələn, bəzi ölkələrdə qızların təhsil alması qadağandır.

UNEC-in yenidən inşa olunan tədris korpusu istifadəyə verilidi - Video

Buna baxmayaraq, bəzi müsəlman ölkələri təhsil sahəsində ciddi irəliləyişlər əldə edirlər. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və Qətər təhsilin keyfiyyəti reytinqində yüksək yer tutur.”

Təhlillər və həmçinin, “Chat GPT”nin dəqiq cavabları göstərir ki, təhsil və elmin bu dərəcədə geriliyi spesifik dini  amillərlə əlaqədardır. Yoxsa, ola bilməz ki, 57 ölkənin, yüzlərlə millətlərin nümayəndələri eyni dərəcədə zəif olsun. Müsəlman ölkələrinin, xüsusilə Azərbaycan əhalisinin nə maliyyə, nə mentalitet, nə də qabiliyyət problemi yoxdur. Böyük maliyyə imkanları daxilində, cəmiyyətin taleyini həll edəcək elm və texnologiyalar, təhsilə qəpik-quruş ayrılması heç bir məntiqə sığmır. Mənim fikrimə görə sistem kökündən dəyişməli və dünyanın ən qabaqcıl ölkələri səviyyəsində problem həll olunmalıdır. İnkişaf etmiş dünya ölkələri universitetlərində çox yaxşı təcrübə mövcuddur. Yalnız bu təcrübəni ölkəmizə uygunlaşdırmaliyıq. Yəni:

  1. Azərbaycan hökuməti, Azərbaycan dövlət iqtisad universitetinin (UNEC) son bir neçə illik təcrübə dinamikası haqqında ümumiləşdirici qərar qəbul etməsi və bu pozitiv təcrübənin bütün ölkə universitetlərinə tətbiqini həyata keçirməsi məqsədəuyğundur.
  2. UNEC-in təcrübəsi dünyanın qabaqcıl universitetlərinin iş fəaliyyətinə uyğun formalaşdığına görə, bu əsasda ali təhsilin hüquqi bazasının tamamilə yenilənməsi zəruridir. Yeni hüquqi bazanın formalaşması həm də top dünya universitetləri səviyyəsində həyata keçirilməli, hökumətin təhsil prosesinə müdaxiləsi maksimum məhdudlaşdırılmalı, universitetlərə tam muxtariyyət təmin edilməlidir. Yəni Harvard, Stenford, Oksford, Kembric hansı hüquqi baza ilə işləyirsə, Azərbaycan universitetlərinə də eyni hüquqi status verilməlidir.
  3. Təhsil və elmin maliyyələşdirilməsi miqyası və üsulları mütləq dəyişdirilməlidir. Təhsil və elm xərcləri bu sahədə bençmark rolunu oynayan İsrail səviyyəsinə qaldırılmalıdır (İsraildə təhsil xərcləri ÜDM də 7.5%, elm xərcləri – 5,6%, Azərbaycanda isə müvafiq olaraq 2,8 və 0,2%). Pilot layihə olaraq UNEC-də müvafiq hüquqi və maliyyə bazasının testdən keçirilərək digər ölkə universitetlərinə də tətbiq olunması məqsədəuyğundur.

Təbii ki, belə irimiqyaslı islahatların bütün detallarını bir yazıda açmaq mümkün deyil. Amma bu əsas istiqamətlər prezidentin ölkəni inkişaf etmiş ölkələr sırasına gətirilməsinin ən mühüm şərti olaraq qəbul edilə bilər. Heç olmasa bir universiteti top yüz siyahısına düşməyən ölkə heç vaxt inkişaf etmiş ölkə statusu ala bilməz.

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov

Sabiq maliyyə naziri: "ABŞ enerji rəqabətinin tək lideri olmaq niyyətindədir"

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv