Azərbaycan üzgüçüsü Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan üzgüçüsü Maksim Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Yenicag.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı idmançı buna, Cənubi Koreyanın Kvanju şəhərində keçirilən su idman növləri üzrə Dünya çempionatında nail olub.

Şemberev 400 m məsafəyə qarışıq üsulla üzmə yarışında final mərhələsinə yüksəlib. O, həlledici mərhələdə 4 dəqiqə 14,10 saniyə nəticə ilə Azərbaycan üzgüçülük tarixində ilk dəfə 6-cı yeri tutub və olimpiadada birbaşa iştirak hüququna yiyələnib.