Dekabrın 6-da Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin 14-cü iclası, həmçinin Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizinin inkişafı ilə bağlı beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli sazişin imzalanmasının 20-ci ildönümü ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək.
Yenicag.az xəbər verir ki, Avropa Şurasının TRASEKA nəqliyyat dəhlizi layihəsinin inkişafı təşəbbüsünə başlamasından bu yana Azərbaycanın bölgənin ən vacib tranzit habınaə çevrildiyini və bu gün Avropa-Qafqaz-Asiya dəhlizi ilə paralel olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və multimodal konteyner daşınması həyata keçirən Lapis lazuli dəhlizinin fəaliyyət göstərdiyini qeyd edərək reportaj hazırlamaq tövsiyə olunur.
Qeyd etmək lazımdır ki, Azərbaycan TRASEKA layihəsində iştirak edərkən müasir liman və dəmir yolu infrastrukturu formalaşdı (Ələtdə “Yeni Bakı” limanı i və Bakı-Tbilisi-Qars dəmir yolu inşa edildi, Bakı-Böyük Kəsik dəmir yolunun 317 kilometrlik hissəsi modernləşdirildi), həmçinin 15 min km avtomobil yolu çəkildi, 6 yeni beynəlxalq hava limanı inşa edildi, hərəkət heyəti tamamilə yeniləndi.