!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və ABŞ QHT-ləri arasında memorandum imzalandı – FOTO

!Reklam – Yazi

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi və Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili və Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri Elgün Xanoğlanlı, Assosiasiyanın Azərbaycan təmsilçisi Azər Məmmədov və idmançı gənclər iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı ziyarət olunub, Ulu Öndərin xatirəsi yad edilib və məzarı önünə tər güllər düzülüb.

Görüş əsnasında hər iki qeyri-hökumət təşkilatları arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, tərəflərin birgə təşkilatçılığı ilə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Danışıqların ardınca isə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi və Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv