“Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişlə bağlı danışıqlar davam edir”.
Yenicag.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Nazir müavini əlavə edib ki, hazırda video-konfranslar vasitəsilə müzakirələr aparılır: “Lazım gələrsə, Brüsseldən Bakıya, Bakıdan Brüsselə də səfərlər olacaq. Danışıqlarda irəliləyiş olmalıdır”.