Azərbaycan və Əfqanıstan 5 mühüm sənəd imzalayacaq

Azərbaycan və Əfqanıstan ikitərəfli münasibətlərin inkişafına dair 5 mühüm sənəd imzalamağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə mətbuat konfransında Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili bildirib.

Onun sözlərinə görə, sənədlərin Əfqanıstan Prezidenti Əşrəf Qəninin dekabrın 1-də Azərbaycana səfəri çərçivəsində imzalanacağı gözlənilir.
Səfir qeyd edib ki, Əfqanıstan prezidenti səfəri çərçivəsində “Asiyanın qəlbi” – İstanbul Prosesi konfransında iştirak edəcək, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“İkitərəfli əlaqələrin inkişafına dair beş mühüm sənədin imzalanması planlaşdırılır. Sənədlər təhsil, iqtisadiyyat və ticarət, təhlükəsizlik və hava uçuşu sahəsində olacaq. Sənədlərin imzalanmasından sonra Əfqanıstanda investisiya artımı olacağını gözləyirik”, – M.T.Xəlilli bildirib.