!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüşdülər - YENİLƏNDİ

!Reklam – Yazi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən gün Tbilisidə Azərbaycan və Ermənistandan olan həmkarları Əli Əsədov və Nikol Paşinyanla üçtərəfli görüş keçirdiyini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, hökumət başçısı bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binasının təməlqoyma mərasimində bildirib.

“Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır”, – Qaribaşvili deyib.

Bununla belə, hökumət başçısı görüş zamanı müzakirə edilən məsələləri açıqlamayıb./apa

***

11:49

Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüş keçiriblər.

Bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidməti məlumat verib.

Qeyd olunur ki, Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.

Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat davam edib.

Danışıqların təfərrüatı açıqlanmayıb.

Mənbə: “İmedi TV”

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv