!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Ermənistan əsirləri qarşılıqlı şəkildə AZAD ETDİ - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Yenicag.az Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir ki, Təhvilvermə prosesində hər hansı insident baş verməyib.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

**

13:16

Bakı və İrəvan bu gün Azərbaycan-Ermənistan sərhədində hərbi personal mübadiləsi aparacaqlar.

Yenicag.az xəbər verir ki, bu barədə “Turan” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, bu gün Ermənistan 2 hərbçini – Hüseyn Axundov və Aqşin Bəbirovu geri qaytaracağı gözlənilir.

Azərbaycan da öz növbəsində 32 erməni hərbçini Ermənistan tərəfinə keçirəcək.

Onlardan 26 nəfəri 2020-ci ilin dekabr ayında Hadrut ərazisində, qalan 6 nəfər isə müxtəlif vaxtlarda sərhəddə saxlanılıb. Və bu siyahıya Qarabağ separatçıları daxil deyil.

Xuraman Etibarlı

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv