!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan və Ermənistan  sülh sazişi imzalamağın bir addımlığındadır" - Kalaşnikov

!Reklam – Yazi

“Azərbaycan və Ermənistan  sülh sazişi imzalamağın bir addımlığındadır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov “Azad Press”ə müsahibəsində bildirib.

O deyib ki, mənə elə gəlir ki, hazırda Ermənistan və Azərbaycan həqiqətən də sülh sazişi imzalamağın bir addımlığındadırlar.

“Bunu deyə bilərəm ki, baş verən və son nəticədə indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf edib. Yalnız üç regional qonşu danışıq aparmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən həmişə bu barədə danışmışam. Bizdən başqa ABŞ və Fransanın həmsədrlərinin olduğu Qarabağ üzrə Minsk Qrupuna mən heç vaxt inanmamışam. Onlar barmaqlarını belə tərpətmədilər”, – deputat qeyd edib.

Kalaşnikov vurğulayıb ki, sonda hər şey üçtərəfli razılığa gətirib çıxardı, baxmayaraq ki, buna hərbi əməliyyat olmadan nail olmaq olardı.

Deputat əmindir ki, Ermənistanın indi “açılması faydalıdır və yumruqla masanı döyməyin mənası yoxdur”.

“Ermənilər bundan maksimum yararlanmalıdırlar. Bu, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluğa da aiddir, onların başqa sərhədləri yoxdur. Hara qaçacaqlar?

Xalq yaxşı başa düşür ki, sülh müqaviləsi əlbəttə ki, yaxşı bir şeydir. Məsələn, yaponlarla bizim aramızda hələ də belə bir şey yoxdur. Qoy özləri qərar versinlər. Ancaq qonşular da daxil olmaqla, iqtisadi cəhətdən faydalı olan bir növ dəhliz haqqında düşünməyə və düzəltməyə dəyər. Bu isə Rusiya üçün sərfəlidir, çünki biz onların vasitəsilə cənuba dəhliz aça, Gürcüstanla razılığa gələ bilərik. Sonda mənə görə vəziyyət kifayət qədər əlverişlidir”, – Kalaşnikov fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv