Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-formal görüşü çərçivəsində tədbirdə iştirak edən nazirlərin və nümayəndə heyəti başçılarının ümumi tanışlığı olub:

“Bunu görüş adlandırmaq olmaz. Ancaq razılıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar olaraq yaxın vaxtlarda görüşü keçiriləcək”./Trend/

COP29