!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Gürcüstan arasında birgə investisiya fondları yaradılacaq

!Reklam – Yazi

Azərbaycan və Gürcüstan startaplarının maliyyələşdirilməsi üzrə birgə investisiya fondları yaradılacaq.

Yenicag.az xəbər verir ki, bunu Tbilisidə keçirilən “Beynəlxalq Rəqəmsal Əlaqə Sammiti – 2022”də iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavininin sözlərinə görə, hər iki ölkədə yaradılan startaplar regional bazarlara çıxışını təmin edecək.

“Nazirlik olaraq müxtəlif həm özəl, böyük korporasiyalarla, yerli korporasiyalarla, həm də kiçik “venture” studiyalarla danışıqlar aparılır ki, startapların maliyyələşməsi üzrə kiçik və böyük fondlar yaradılsın. Bu baxımdan, startapların maliyyələşməsinin regional aspekti də var. Bu ondan ibarətdir ki, bildiyiniz kimi adətən kiçik, yerli bazar üçün yaranan startaplar çox böyük maliyyə cəlb edə bilmir. O baxımdan vacibdir ki, bu startapların geniş bazarlara çıxışı olsun. İlk növbədə qonşu ölkələrdə olan bazarlar. Biz də Gürcüstanda bu danışıqları aparırıq ki, birgə investisiya fondlarının yaradılmasını, birgə layihələrin yaradılmasını dəstəkləyək və həm Azərbaycanda həm Gürcüstanda yaranan startaplar hər iki bazara çıxış əldə edə bilsinlər”, – deyə nazir müavini bildirib.

Xatırladaq ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin cari ilin aprel ayında Gürcüstana baş tutan səfəri zamanı həmçinin hər iki ölkə arasında startaplar sahəsində əməkdaşlıq da müzakirə olunub./Report/

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv