Azərbaycan və Gürcüstan arasında gediş-gəliş tam bağlandı

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Gürcüstanla Azərbaycan arasında bütün quru gömrük keçid məntəqələri  bağlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 5 aprel 2020-ci il saat 00:00 tarixindən 20 aprel tarixinədən hər iki ölkə arasında quru və hava yolları ilə hərəkət tam məhdudlaşdırılıb.

Qeyd edək ki, məhdudiyyətin yük daşımalarına şamil edilmədiyi bildirilib.

 

 

COP29