Bakıda Azərbaycan və İtaliya müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Danışıqlar zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.