!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Qazaxıstan prezidentləri regional məsələləri müzakirə etdi

!Reklam – Yazi

Mən bugünkü tam formatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm. Bu danışıqlar bizim ikitərəfli əlaqələri hərtərəfli gücləndirməyə birgə kökləndiyimizi bir daha təsdiqlədi.

Yenicag.az Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

“Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə qarşılıqlı inam şəraitində əməkdaşlığımızın bütün aspektləri üzrə fikir mübadiləsi apardıq, regional və beynəlxalq məsələlərlə bağlı məsələlərin müzakirəsi əsnasında bir-birimizin fikirlərini dəqiqləşdirdik. Biz həmçinin ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini və istiqamətlərini müzakirə etdik”, – Qazaxıstan dövlət başçısı vurğulayıb.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv