!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olundu

!Reklam – Yazi

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, COP29-a hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlər, o cümlədən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiya tərəfinin aktiv iştirakının və töhfəsinin məmnunluq doğurduğunu bildirib.

İki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, habelə intensiv təmasların münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Mövcud ikitərəfli əməkdaşlığın regional və beynəlxalq formatlar çərçivəsində davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

COP29 sədrliyimiz çərçivəsində görülən işlərdən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

Postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın sülh gündəliyi çərçivəsində olduqca müsbət irəliləyiş olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə, ölkəmizin normallaşma prosesinin bütün elementləri üzrə real nəticələrin əldə edilməsində qərarlı olduğunu vurğulayıb.

Xüsusi nümayəndə Mixail Şvıdkoy iki ölkə arasında müxtəlif, xüsusilə təhsil, mədəniyyət, texnologiya və innovasiyalar sahələri üzrə əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv