Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan və Serbiya XİN rəhbərləri görüşdülər

Reklam: Sinerji Pro

25 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu bildirdilər.

Tərəflər Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın uğurla inkişaf etdiyini qeyd etdilər.

Həmçinin Qoşulmama Hərəkatının Belqradda keçiriləcək 60 illik yubiley tədbirinə hazırlıq məsələləri ətrafında müzakirələr aparıldı.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

www.yenicag.az

270
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100