!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Türkiyə arasında GÖMRÜK RÜSUMLARI: “50-yə yaxın kənd təsərrüfatı məhsulunun...”

!Reklam – Yazi

“İki ölkə arasında, əsasən, kənd təsərrüfatı məhsulları üzrə gömrük rüsumları minimuma endirilib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan və Türkiyə arasında gömrük rüsumlarının minimuma endirilməsi imkanları barədə danışan Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyində (TÜİB) təşkil olunan ikitərəfli ticarət əlaqələrə həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə arasında müəyyən məhsullar üzrə idxal-ixrac rüsumları minimum həddə salınıb:

“İki ölkə arasında, əsasən, kənd təsərrüfatı məhsulları üzrə gömrük rüsumları minimuma endirilib. Bu kateqoriyaya aid 15 məhsul vergidən azad olunub.

Gələcəkdə iki qardaş ölkə arasında bir çox məhsullar üçün gömrük rüsumlarının minimum səviyyəyə endirilməsi üzrə işlər aparılır.

Qarşıdakı yaxın müddətdə 50-yə yaxın kənd təsərrüfatı məhsulunun vergidən tamamilə azad olunması, yaxud vergi ödənişinin minimuma salınması haqqında qərarın qəbulu gözlənilir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv