Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

"Azərbaycan və Türkiyə birlikdə daha güclüdür" - Əli Həsənov

Reklam: High Technic

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin nüfuzlu xəbər agentliyi “Anadolu”ya müsahibə verib.

Yenicag.az xəbər verir ki, Həsənov müsahibəsində Xocalıya ədalət tələb edib:

“Dünyada ədalət olacaqsa, haqq öz yerini tapacaqsa, Xocalı qətliamını törədənlər də öz cəzalarını çəkməlidir. Bəşəriyyətə qarşı törədilən bu cinayətə siyasi qiymət verilməlidir”.

Prezident köməkçisi bu soyqırımın bütün dünyada tanınması üçün 26 ildir Azərbaycanın müxtəlif addımlar atdığını bildirib:

“Ermənilərin törətdiyi bu cinayəti bütün dünyanın tanıması üçün çalışırıq. 10-dan çox ölkənin parlamentində Xocalı qətliamı ilə əlaqədar qərarlar alınıb.

“O gecə azərbaycanlılar türk olduqları üçün qətlə yetirildilər. Qoca, uşaq, qadın, demədən… heç kimə insaf etmədən öldürdülər. İstədilər ki, azərbaycanlılar o torpaqlardan getsin və “Böyük Ermənistan” dövləti qurulsun.”

Həsənov həmçinin, Hollandiya parlamentinin qondarma “erməni soyqırımı”nı tanıması məsələsinə də toxunaraq, tarixdə belə bir hadisənin olmadığını vurğulayıb.

Son olaraq, Türkiyənin Suriyanın Afrində həyata keçirtdiyi “Zeytun budağı” əməliyyatı məsələsinə münasibət bildirən Əli Həsənov Azərbaycanın hər zaman Türkiyənin yanında olacağını deyib:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hər fürsətdə deyir ki, Türkiyə Afrinə girməklə heç kimin torpağına göz dikməyib. Gücümüz çatdığı qədər türk dövlətinin yanındayıq. Biz Azərbaycan olaraq fikrimizi ifadə etmişik: Afrində təşkil olunan əməliyyat Türkiyənin təbii hüququdur. Təhdidlər aradan qaldırıldıqdan sonra Türkiyə yenə də öz sərhədləri daxilində fəaliyyətinə davam edəcək. Buna görə də Türkiyəni günahlandırmaq ədalətsizlikdir.”

Prezident köməkçisi Türkiyə və Azərbaycan dostluğunun əbədi olduğunu vurğulayıb:

“Bunun təməlini bizim öndərlərimiz atıb. Böyük Atatürk “Azərbaycanın sevinci, Türkiyənin sevinci, kədəri, Türkiyənin kədəridir”, ümummilli lider Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” demişdi. Bizim taleyimiz eynidir. Azərbaycan və Türkiyə birlikdə daha güclüdür”.

www.yenicag.az

2076
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM